Kakoslu rulet

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 215
Səs ver:
(səs: 1)
 
Kakoslu rulet

Tərkibi:

2 yumurta ağı
1/2 su stəkanı su
1 su stəkanı mürəbbə suyu
1/4 çay qaşığı duz
2.5 su stəkanı toz şəkər
1/2 su stəkanı döyülmüş fındıq
1 su stəkanı kakos rəndəsi

Hazırlanması: 
Bir qabının içində duz, şəkər, mürəbbə suyu və soyuq suyu qarışdırıb, 20-25 dəqiqə qədər qaynadın.
Yumurta ağlarını yaxşıca çırpın. Hazırladığınız isti şəkərli qarışığı bir qaşıq köməyiylə çırpılmış yumurta axına əlavə edin və davamlı qarışdırın. Qatılaşdığında yağlı kağıza boşaldın. Xəmiri 4-5 santimetr qalınlığında kəsib, içinə fındıq və kakos qarışığını əlavə edin. Rulet halına gətirib, soyuducuda soyumağa buraxın.

Badımcanlı plov

Tərkibi:

4 ədəd uzun badımcan
2 su stəkanı düyü
1 qəhvə fincanı arpa və ya tel şəhriyə
2 ədəd toyuq sinəsi
1 ədəd soğan
2 ədəd nazik bibər
3 ədəd yumşaq pomidor
1 yemək qaşığı tomat pastası
Duz, qara bibər
İstəsəniz 1 çay qaşığı darçın
3 stəkan isti su

Hazırlanması:

İlk əvvəl düyüləri isti və duzlu suda 1 saat gözlədin. Badımcanlar soyub duru yağda qızardın.
Qızaran badımcanları kağız dəsmala sarıyıb yağını süzün. Bir başqa tavada soğan və bibəri kəsib qızardın.
Kub - kub doğranmış toyuq ətlərini əlavə edin. Toyuq suyunu çəkənə qədər bişirin.
Soyulub kub - kub kəsilən pomidorları və tomat pastasını əlavə edib 15 dəqiqə bişirin. Duz və ədviyyatları əlavə edin.
Plov qazanına badımcanlar yarısı çöldə qalacaq şəkildə düzülür. Üstünə toyuğu tökün. Yuduğunuz düyü şəhriyəni əlavə edin.
Onu da toyuğun üstünə tökün. Badımcanı üstünə bağlayın. Ən üstə düz bir qab və duz qoyun. Bu duz badımcan və düyü üçündür.
İsti suyu üstünə tökün və batıq atəşdə kənarında çox az su qalacaq şəkildə bişirin. 1 saat istirahət etdirin və qaba çevirib servis edin.

Supangle

Tərkibi:
6 yumurta
6 qəhvə fincanı un
1 limon qabığı rəndəsi
3 stəkan pudra şəkəri

Kremi üçün: 
6 su stəkanı süd
2 su stəkanı şəkər
4 yumurta
2 qəhvə qaşığı vanil
50 qram şokolad
1 xörək qaşığı kakao
1 su stəkanı un

Hazırlanması:
Yumurtaların ağlarını sarılarını bir-birindən ayırın. Sarısını pudra şəkəri ilə birlikdə qatılaşana qədər çırpın. Digər tərəfdə ağları köpük halına gələnə qədər çırparaq qarışdırın. Sonra ağları, unu və sarıları qarışdırın. Sonra bu qarışığı sıxma torbasına töküb, yağlanıb unlanmış nimçəyə orta böyüklükdə yumrular olaraq sıxın.
Sonra sobaya verib 20 dəqiqə bişirin. Digər tərəfdə krem üçün hazırladığınız südü bir qazana əlavə edin və şəkəri içində əridin.
4 yumurtanı çırparaq əlavə edin. Unu yavaş-yavaş tökün. Vanil və kakaonu əlavə edərək hamısını yaxşıca qarışdırıb bir-birinin içində həll edin.
Sonra orta atəşdə 10 dəqiqə qatılaşana qədər bişirin. Daha sonra soyudun. Sobadan aldığınız bişmiş xəmirləri cüt cüt ayırın.
Hər birinin arasına bu kremdən sürtün. Qalan kremi iki stəkan südü və şokoladı əlavə edərək yüngül atəşə istilədin.
Atəşdən alıb ilıqlaşanda servis qabına qoyulmuş kremli yumruların üzərinə tökərək sevis edin.

Xəmirli göbələk şorbası

rkibi:

Xəmiri üçün:

1/2 kq göbələk
4 diş sarımsaq
6-7 su stəkanı un
1 şirin qaşığı duz

Şorba üçün:
6 şorba qaşığı göbələk şorbası qarışığı
5 su stəkanı süd
2 şorba qaşığı krem

Hazırlanması:
İncə doğranmış soğan və göbələyi qazana əlavə edib yağda qovurun. Göbələklər yumşalmağa başladığında cəfərisini əlavə edin. Göbələklər yaxşıca yumşaldığında isə qarışığı ocaqdan götürüb, dəmlənməsini gözləyin. Ayrı bir qaba qarışığı töküb unu yavaş yavaş əlavə edin. Çörək xəmiri kimi yoğrulmuş xəmirinizdən qoz böyüklüyündə parçalar alın və yaxşıca sıxaraq yastı bir hala gətirin.

Şorbanın tərifi:

Xəmir ilə südü qazana əlavə edin və qaynayana qədər qarışdırın.
Qaynamağa başlayanda kremi əlavə edib orta atəşdə üç dəqiqə bişirin.

Nuş olsun! 
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 215
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri