`Aşure`

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 131
Səs ver:
(səs: 6)
Tərkibi:
2 stəkan buğda
1 stəkan noxud
1 stəkan lobya
1 stəkan kişmiş
1 stəkan əncir
1\2 stəkan fıstıq
4 stəkan şəkər tozu
1 yemək qaşığı qərənfil(mixək)
10-15 stəkan su

Bəzək üçün:
1 stəkan quş üzümü
çəkilmiş qoz
fıstıq
darçın
nar dənələri

Hazırlanması:
Buğda,lobya,noxud və kişmişi bir gün əvvəldən isladın. Sabahsı gün buğdanı süzüb böyük bir qazana qoyun, 15 stəkan su tökün və qaynadın. Üzərini örtən köpüyü kəfkirlə götürün və qapağı bağlayın, 30 dəqiqə qaynadın. Noxud və lobyanı ayri ayri qablarda bişirin. Buğda dənələri yumşalana qədər 4-5 saat az odda qarışdırın, suyu qatılaşana yaxın özərinə noxud və lobyanı əlavə edin. Ardınca sırası ilə kişmiş, qaysı, fıstıq və qərənfili əlavə edin. Biraz qaynadın və son olaraq şəkəri əlavə edib 5-10 dəqiqə gözləyin və əncirləri əlavə edin. Aşure şirniyyatını isti ikən qablara boşaldın və üzərini bəzəyin.

NUŞ OLSUN :nyam:

(səs: 6)
Şərhlər: 6
Baxılıb: 8 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri