Gül poğaça resepti

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 9 643
Səs ver:
(səs: 0)
Tərkibi:
Xəmir üçün:

3 st un
1/2 st süd
1/2 st duru yağ
1 ç.q duz
1 paket quru maya(10q)
1 ədəd yumurta +1 ədəd yumurta ağı

İçlik üçün:
200 q ağ pendir
1 balaca dəstə cəfəri

Üzü üçün:
1 ədəd yumurta sarısı
1-2 ç.q çörək otu

Hazırlanması:
Südü ilıq istidirik. Qaba yağı, südü, duzu, mayanı, yumurtanı və bir yumurtanın ağını əlavə edib qarışdırırıq.
Ələnmiş unu qarışığa az-az əlavə edib qaşıqla qarışdırırıq.
Sonra əlimiz ilə normal xəmir yoğururuq. Xəmiri 1-2 saat isti yerdə qoyuruq acıyır.
İçliyi hazırlamaq üçün pendiri sürtgəcin böyük gözündən keçiririk. Ya da çəngəl ilə əzirik. Cəfərini təmizləyib yuyub xırda doğrayıb prendir ilə qarışdırırıq. İçliyimiz hazırdır.
Xəmir hazır olduqda 20 kündə düzəldirik.
Kündənin birini götürüb 0,5 sm qalınlıqda yayırıq.
Bıçaqla yan hissələrdən dörd yerə kəsirik.
Ortasına 1 ç.q içlik qoyub şəkildəki kimi bükürük.
Gül formasında hazırlanmış poğaçanın uc hissələrini çöl tərəfə əyirik.
Soba qabına yığırıq.
Üzünə yumurta çəkib çörək otu səpirik.
200 dərəcə qızdırılmış sobada (20-25 dəqiqəyə) üzü qızaranadək bişiririk.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 9 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri