Çedder pendiri ilə lazanya resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 133
Səs ver:
(səs: 0)
Tərkibi:
Zeytun yağı 1 x.q.
Çəkilmiş mal əti - 750 qr.
Soğan 1 baş
Kərəviz 2 ədəd
Konservə edilmiş pomidor 400 qr.
Tomat pastası 2 x.q.
Provans otları 1 x.q.
Şəkər tozu 1 ç.q.
Kərə yağı 60 qr.
Buğda unu 3 x.q.
Süd 750 ml
Hazır qurudulmuş lazanya lavaşları 375 qr.
Çedder pendiri 125 qr.

Hazırlanması:
Sobanı 180*C qızdırın. Zeytun yağının yarısını böyük tavada qızdırıb farşı qızardın.
Əti başqa qaba tökün, yerdə qlan yağı tavaya əlavə edib xırda-xırda doğranmış soğan və kərəvizi yumşalana kimi qızardın. Əti tavaya qaytarıb pomidor, tomat pastası, ədviyyatlar və şəkər tozu əlavə edib qaynara düşənə kimi qızdırın, sonra alovu azaldıb tavanın qapağını qoyub 20 dəqiqə bişirin.
Kərə yağını qazanda vam alovda əridin. Un əlavə edib 1 dəqiqə qovurun. Alovdan götürüb tədricən süd əlavə edin. Yenidən alovun üstünə qoyub qaynara düşənə kimi qızdırın, məhlul qarışa-qarışa qatılaşmalıdır. Alovu azaldıb 2 dəqiqə bişirin.
Odadavamlı formanı yağlayın. Ətli sousun üçdə bir hissəsini tavaya töküb üstünə 1 lay lazanya lavaşı sərin, sonra beşamel sousunun üçdə bir hissəsini tökün. Layları iki dəfə təkrarlayıb üstdən sürtgəcdən keçirilmiş pendir səpin.
Qızılı rəng alana kimi, 25 dəqiqə sobada qızardın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri