Tərkibi:
1 su stəkan. ilıq süd
1 yemək qaşığı kərə yağı
2 yumurta (1-nin sarısı üzərlərinə çıxarılacaq)
1 yemək qaşığı şəkər tozu
1 çay qaşığı duz
1 çay qaşığı quru maya
500 qr un
Qatlara çəkmək üçün yumşaq kərə yağı marqarin
Hazırlanması:
Xəmir üçün dərin bir qaba unu qoyun.
İstiyə yaxın ilıq südə şəkər tozu və mayanı əlavə edib qabarmasını gözləyin.
Una 1 yumurtanı və digərinin ağını əlavə edin. Kərəyağını və mayalı südü də əlavə edib yaxşıca yoğurun.
30 – 45 dəqiqə qədər mayalanmaya buraxın. Hazır olduğunda xəmiri 4 bərabər hissəyə bölün.
Hər bir parçanı təkrar 4 parçaya ayırın və yüngül unlanmış bir zəminə düzüb, üstlərini təmiz bir bezlə bağlayın. Davamını şəkillərdə izləyin