Nudli resepti

Müəllif: Fialka
Şərhlər: 14
Baxılıb: 4 393
Səs ver:
(səs: 6)
Tərkibi:
500 qr ət (mal, qoyun və ya toyuq əti )
7-8 ədəd kartof
2-3 ədəd soğan
2 ədəd kök
kərə yağı
Duz, istiot
Su

Nudli üçün:
0,5 st kefir
1/4 ç/q soda
3-4 diş sarımsaq
0,5 dəstə şüyüd  
3-4 x/q  zeytun yağı
Duz Un — apardığı qədər

Hazırlanması:
Soğan xırda doğranılıb, kök sürtgəcdən keçirilir. Bir qazana yağ əlavə edərək soğan və kökü azca qovururuq. Ət kub şəklində doğranılıb soğan və köklə birlikdə qızardılır. Azca su əlavə edilərək qapağı bağlanıb zəif od üzərində bişməyə qoyuruq.
Dərin qaba kefir, soda, duz əlavə edib qarışdırırıq.
Un əlavə edərək xəmir hazırlayırıq.
Hazır xəmirin üzərinə sellofan çəkib 15-20 dəqiqə dincəlməyə qoyuruq.
Kartofu doğrayaraq bol yağda qızardırıq (istəyə görə kartofu qızartmamaq da olar).
Ət hazır olduqda üzərinə kartof, duz, istiot əlavə edərək ehmalca qarışdırırıq. Qapağı bağlayıb zəif od üzərinə qoyuruq (lazım olarsa su əlavə etmək olar).
Xəmir yayıb üzərinə bitki yağı çəkirik. Sürtgəcdən keçirilmiş sarımsaq və xırda doğranmış şüyüd səpib bururuq.
Bir barmaq enində doğrayırıq.
Hazır nudliləri yeməyin üzərinə hərtərəfli yığıb,qazanın qapağını bağlayırıq,zəif odun üzərinə hazır olana qədər bişiririk.
Nudlimiz hazırdır.

Nuş olsun!
(səs: 6)
Şərhlər: 14
Baxılıb: 4 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri