İtalyan nuqası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 818
Səs ver:
(səs: 2)
Tərkibi:
7 ədəd yumurtanın ağı
400 qr. şəkər tozu
2 paket tünd plitka şokolad
400 ml. qaymaq
300 qr. fındıq
60 ml. su
Vanil

Hazırlanması:
Əvvəlcə fındığı sobaya qoyub qovururuq. Sonra şəkildəki kimi yarı-yarıya təmizləyirik.
Plitka şokoladın birini sürtkəcdən keçiririk, birini  xırda-xırda doğrayırıq.
Sonra 150 qr. şəkərin üzərinə 3 x.q. su töküb qazın üzərinə qoyuruq. Orta odda qaynayana yaxın oddan götürürük. Təxminən 2 dəqiqə (şəkər qatılaşmasın).
Sonra fındığı şəkərin üzərinə töküb qarışdırırıq və falqa kağızının üzərinə tökürük, soyumasını gözləyirik
Yumurtanın ağını mikserlə beze alınana kimi çalırıq.
250 qr şəkərin üzərinə qalan suyu töküb qazın üzərinə qoyuruq. Sirop alınana kimi  heç qarışdırmırıq. Təxminən 5 dəqiqə olmalıdır.
Fındıqlar soyuduqdan sonra iri formada doğrayırıq.
Sirop ilıq olanda bezeyə əlavə edirik, mikserlə çalırıq (qatı parıltılı və soyuyana kimi).
Qaymağa vanili əlavə edib mikserlə çalırıq. Sonra bezeyə əlavə edib qarışdırırıq.
Sonra şokalad və fındığı da əlavə edib qarışdırırıq.
Keks və ya dördkünc qaba sellofan səririk. Əvvəl  sürtgəcdən keçirilmiş şokoladı qabın içinə tökürük, sonra alınan məhsulu şokoladın üzərinə töküb üzərini sellofan ilə bağlayırıq.
Soyuducuda 1 gecə qaldıqdan sonra süfrəyə veririk. İstəsəniz üzərinə şokolad tökməyə də bilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 818
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri