Fransız sayağı şorba resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 545
Səs ver:
(səs: 4)
Tərkibi:
1 gül kələmi
1 ədəd soğan
1 ədəd kartof
1 ədəd yerkökü
1 ədəd kəvər
Qaymaq
0.5 stəkan zeytun yağı
1 yumurta sarısı
2 xörək qaşığı kərə yağı
Cəfəri
Duz, istiot
Kəklikotu

Hazırlanması:
İlk öncə kəvərlə cəfərini kəvərin iri yarpağına bükürük.
Soğanı, kökü yumru-yumru doğrayırıq, kartofu və gül kələmini dörkünc şəkildə doğrayıb əlavə edirik. Üzərinə qaynar su əlavə edib 15-20 dəqiqə qaynadırıq.
1 yumurtanın sarısı ilə 3 xörək qaşığı qaymağı mikserlə yaxşı-yaxşı qarışdırırıq.
Gül kələmindən qalan hissəni zeytun yağı ilə qovururuq. Zövqə görə duz və istiot əlavə edirik. Sonda 1 xörək qaşığı kərə yağı əlavə edib oddan götürürük.
Bişirdiyimiz tərəvəz şorbasının üzərinə 1 xörək qaşığı kərə yağı, duz, istiot və qaymaq əlavə edib blenderlə qarışdırırıq.
Sonda yumurta sarısı ilə hazırladığımız məhlulu əlavə edib bir daha qarışdırırıq.
Gül kələmi ilə hazırlanmış fransız sayağı şorbamız hazırdır.

Nuş olsun!
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 3 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri