Tatar peraşkisi resepti

Müəllif: Fialka
Şərhlər: 11
Baxılıb: 5 803
Səs ver:
(səs: 2)
Tərkibi:
100 qram kərə yağı
2 stəkan un
Bir çimdik duz, soda
1 stəkan kefiri
2 yumurta

İçlik hazırlamaq üçün:
Ət
Kartof
Soğan
Duz
İstiot

Hazırlanması:
100 qram kərə yağını əridin, un, duz, soda əlavə edin, qarışdırın. Sonra 2 yumurtanı, 1 stəkan kefiri və ya qatığı əlavə edirik. Xəmir yoğurun, lazım olarsa un əlavə edin. Xəmir pelmeni xəmiri kimi yumşaq olmalıdır.

İçi hazırlayın. Çiy kartofu, soğanı, əti kubik formasında doğrayın. Duz, istiot qarışdırın.

Xəmirdən balaca kökə düzəldin, gürcü xəngəli kimi. Ortasını boş saxlayın. Ortasına hazırladığınız içi qoyun, kənarlarını bükün.

Soba tavasına yağlı kağız sərin, 200 dərəcədə bişirin.  20 dəqiqədən sonra sobaya nəzər salın, peraşkilərin içində maye yaranacaq. Onda hər bir peraşkinin içərisinə bir qədər kərə yağı qoyun və tavanı yenidən sobaya qoyun.

20 dəqiqədən sonra yenidən sobaya baxın. Peraşkilər qızarmağa başlayır, daxilindəki bulyon qaynayır. Peraşkilərin üzərinə yumurta çəkin, qaşıqla içliyi yüngülcə basın.

Daha 15 dəqiqə sobada qızardın, peraşkilər hazırdır. Peraşkiləri bir qazana yığın, qapağını örtün. Soyuyanda yeyə bilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 5 803
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri