Pasta fagioli resepti

Müəllif: emis
Şərhlər: 5
Baxılıb: 3 170
Səs ver:
(səs: 0)
Tərkibi:
3 x.q. bitki yağı
1 iri baş soğan
1 bolqar bibəri
4 dilim bekon (yaxud toyuq əti və ya yağsız kolbasa)
1 budaq rozmarin
2 budaq təzə kəklikotu
2 x.q. oreqano qurusu
3 diş sarımsa
duz
istiot
400 q öz suyunda pomidor konservi (1 banka)
230 q ağ lobya konservi (1 banka)
800 q toyuq bulyonu
100 q xırda makaron (istənilən formada)
30 q parmezan pendiri
4 x.q. doğranmış təzə cəfəri

Hazırlanması:
Qalın dibli qazanda yağı qızdırın, xırda doğranmış soğanı və rozmarinlə kəklikotu budaqlarını burada qovurun.
Xırda doğranmış sarımsaqla qırmızı bibəri də əlavə edin. 5 dəqiqə qovurun.
Rozmarinlə kəklikotu budaqlarını çıxarın. İstəyə görə bekon, yaxud toyuq ətini əlavə edin (tamamilə ətsiz də bişirə bilərsiniz).
Qarışdıraraq 5 dəqiqə qovurun, pomidorları əlavə edin, qaşıqla elə tavadaca xırdalaya bilərsiniz.
Vam odda 10 dəqiqə bişirəndən sonra bulyonu əlavə edin.
Qaynara düşəndən sonra oreqano qurusunu və suyu süzülmüş lobyanı əlavə edin (toyuq ətindən istifadə edəcəksinizsə, şorbanı daha çox qaynadın ki, ət tam bişsin, lobyanı sonra əlavə edin). 5 dəqiqə də bişirin.
Şorbadan bir çömçə (tərəvəzlə lobyanın qarışığını) götürüb blender və ya mikserdə xırdalayın, yenidən qazana tökün. Duz, istiot vurun. Şorba çox qatı alınırsa, azca su və ya bulyon tökün, makaronu əlavə edin.
Hərdən-bir qarışdıraraq 4-6 dəqiqə bişirin. Ocaqdan götürün. Cəfəri və parmezan pendiri əlavə edin. İsti-isti boşqablara çəkin. İstəyə görə boşqablara bir qədər də parmezan və zeytun yağı əlavə edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 170
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri