Rafaello resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 549
Səs ver:
(səs: 1)
Tərkibi:
1 qutu qatılaşdırılmış süd
100 qram hindistan qozu (kokos)
3 xörək qaşığı kərə yağı
50 qram badam

Hazırlanması:
Bir qazan götürürük və buraya qatılaşdırılmış süd və kərə yağını tökürük.

Qatılaşdırılımş süd və kərə yağını vam odda 10-15 dəqiqə bişiririk.

Sonra südlə kərə yağ qarışığına kokos əlavə edirik. Soyumaq üçün buraxırıq.

Soyuduqdan sonra bu qarışıqdan qoz böyüklüyündə tolar hazırlayırıq.

Hər topun içərisinə 1 ədəd badam qoyuruq. Hazırladığımız rafaello topunu kokosa batırırıq.

Hazır rafaellonu soyuducuda 2-3 saat gözlədirik. Bundan sonra rafaellonu süfrəyə vermək olar.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 549
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri