Tərkibi:
400 qr şampinyon göbələyi
200 qr soğan
200 qr xama
200 qr pendir
50 qr parmesan pendiri (zövqə görə)
günəbaxan yağ (qızartma üçün)
bir çimdik duz
bir çimdik istiot
bir çimdik kəklikotu
bir çimdik qara yarpız
Hazırlanması:
1. Ərzaqlar hazırlanlır.
2. Soğan xırda şəkildə doğranılır.
3. Göbələklər nazik dilimlərlə doğranılır.
4. Tavaya bir qədər yağ əlavə edilib, isidilir. Sonra orta odda soğan yumşaq və azacıq qızılı rəng alana qədər qızardılır.
5.
Göbələklər əlavə edilir. İlk olaraq göbələyin şirəsi çıxmağa
başıayacaq, şirə tam buxarlanıb itənə qədər, daim qarışdırılaraq,
göbələklər qızılı rəng alanadək qızardılır.
6. Tavanın altı söndürülür və göbələklərə xama, duz, istiot, kəklikotu və qara yarpız əlavə edilir. Hamısı qarışdırılır.
7. Pendir iri sürtkəcdən keçirilir.
8. Xamalı göbələklər xüsusi balaca formalı tavalara yerləşdirilir.
9. Üzərinə pendir əlavə edilir.
10.
Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 10-15 dəqiqə qızardılır.
Pendir əriməlidir. Zövqə görə üzərinə birdaha parmesan pendiri əlavə
edib, əlavə 2-3 dəqiqə qızartmaq olar. Süfrəyə jülyen isti-isti verilir,
lakin soymuş şəkildədə jülyen çox dadlı olur.