Zur beliş resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 310
Səs ver:
(səs: 2)
Tərkibi:
Xəmir:

3-3,5 st. un
500 q xama və ya qatıq
duz
şəkər tozu

İç:
1,5-2 kq ət (mal, qoyun, toyuq, ördək - zövqə görə)
2 kq kartof
3 baş soğan
3 x.q. kərə yağı
1 st. bulyon
duz
təzə üyüdülmüş qara istiot

Hazırlanması:
Xəmir üçün olan ərzağı dərin ləyəndə qarışdırıb elastik, ələ, oxlova yapışmayan xəmir yoğurun. 20 dəqiqə saxlayın.

Soğanı təmizləyib xırda doğrayın. Əti və kartofu iri kubiklərə doğrayın. Soğanı, duz və istiot əlavə edib qarışdırın.

Xəmirin dörddə birini ayırın. Qalan iri hissəni 6-7 mm qalınlıqda yayın. Elə olmalıdır ki, iri dairəvi formadan kənara çıxsın.

İçi xəmirin üstünə qoyub qıraqlarını ortasına qatlayın.

Qırağa qoyduğunuz xəmirdən pinq-ponq şarı boyda kündə qoparıb bir kənara qoyun, qalanını isə yayıb belişin üzərinə çəkin, qıraqlarını bitişdirin. Ortasında deşik açın, içinə ərinmiş kərə yağı tökün, sonra isə o balaca kündəni həmin deşiyin üstünə qoyun (butulkanın ağzına mantar qoyan kimi).

Belişin üstünə yumurta çəkin, sobada 1-1,5 saat bişirin.

Sonra çıxarın, üstdəki kürə-kündəni götürün, içinə bulyonun 3/4-nü tökün, kürəni yerinə qoyun, üstünə folqa çəkib yenidən sobaya qoyun. Daha 1 saat bişirin. Belişi süfrəyə verməzdən əvvəl kündəni götürüb içinə bulyonun qalanını tökün. Süfrəyə elə bişirdiyiniz sinidə verə bilərsiniz.

Belişdə ən əsası onun süfrəyə verilmə qaydasıdır: Üst qazmaq çıxarılır. İç qaşıqla boşqaba çəkilir. Yanına üst qazmaqdan parçalar qoyulur. İç yeyilib qurtarandan sonra isə ən dadlı yeri - bulyon, yağ və şirəni özünə hopdurmuş alt qazmaq bölünür. Qədimlərdə onu ən hörmətli qonağa verirmişlər.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 310
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri