Kubbe - yəhudi mantısı resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 060
Səs ver:
(səs: 0)
Tərkibi:
300 q manna yarması
2 x.q. zeytun yağı
200 ml isti su
500 q kotlet qiyməsi
1 yerkökü
1 çuğundur
1 baş soğan
duz
ədviyyat
1 l bulyon

Hazırlanması:
İsti suyu və zeytun yağını qarışdırın, tədricən manna yarmasını əlavə edib xəmir yoğurun.
Kubbe - yəhudi mantısı resepti - FOTO RESEPT


Xəmir yumşaq, elastik və ələ yapışmayan olmalıdır.
Kubbe - yəhudi mantısı resepti - FOTO RESEPT


Xəmirdən xırda kündələr tutun. Taxtanın üstünə azacıq un səpərək yayın. İçinə qiymə (ət, baş soğan və ədviyyat) qoyun, kənarlarını bükün.
Kubbe - yəhudi mantısı resepti - FOTO RESEPT


Bir dərin tavada sürtgəcin iri gözündən keçirilmiş tərəvəzi (yerkökü, çuğundur, soğan) azca qovurun. Üstünə bulyon və ədviyyat tökün.
Kubbe - yəhudi mantısı resepti - FOTO RESEPT


Mantıları bu sousun içinə salın, qapağını örtüb yarım saat bişirin. Hərdən çevirin ki, üstü, qalın hissəsi də bişsin.
Kubbe - yəhudi mantısı resepti - FOTO RESEPT


Hazırladığınız mantılar çox alınıbsa və artıq qazana yerləşmirsə, onları dondurucuda saxlamaq olar.

Həmçinin bu mantıları duzlu suda da bişirmək olar, amma adi, xəmiri undan hazırlanan mantıdan fərqli olaraq onu daha uzun müddət bişirmək lazım gələcək.
Kubbe - yəhudi mantısı resepti - FOTO RESEPT

Süfrəyə xama ilə verə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri