Tiçino çörəyi resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 397
Səs ver:
(səs: 2)
Tiçino - İsveçrənin cənubunda italyandilli kantondur. Adətən, Tiçino çörəyi düzbucaqlı formada bişirilir, o, əllə kəsilərək yeyilir: bu çörəyi bıçaqla doğramaq təhqir sayılır. 

Tərkibi: 
300 q un 
1 ç.q. duz
1 ç.q. şəkər tozu
1 x.q. zeytun yağı
10 q yaş maya
170 ml su

Hazırlanması:
Un, maya, şəkər tozu və duzu qarışdırın. Az-az su əlavə edib yoğurun. Zeytun yağı əlavə edib daha 7 dəqiqə yoğurun. Xəmir yumşaq və elastik olmalıdır. Xəmiri qaba qoyub üzərinə plyonka çəkin, isti yerdə 1 saat, həcmi iki dəfə artanadək saxlayın.  
Xəmiri ətləyib 8 bərabər hissəyə bölün, kündələyin. 
Formanın içinə perqament döşəyin. Kündələri bir-birinə bitişik uzunasına qabın içinə düzün. Üzərinə dəsmal çəkib 20-30 dəqiqə saxlayın. 
Sobanı 190 dərəcə qızdırın. 
Bişirməzdən öncə xəmirin düz ortası boyu uzunasına iti bıçaqla çərtin. 
Üzərinə yumurta çəkin. Provans otları da səpə bilərsiniz. 
25-30 dəqiqə, üzəri qızaranadək bişirin. 
Zövqə görə isti-isti çörəyin üzərinə sarımsaqlı zeytun yağı çəkib dəniz duzu da səpə bilərsiniz. 

Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri