İngilis sayağı qoyun əti resepti

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 732
Səs ver:
(səs: 1)
Tərkibi:
Kartof - 700 qr
Qoyun əti - 500 qr
Soğan - 300 qr
Tomat pastası - 10 qr
Tmin (zirə) - 4 qr
Piy - 60 qr
Dəfnə yarpağı - 2 ədəd
Sarımsağ - ağız dadına görə
Duz - ağız dadına görə
Qara istiot - ağız dadına görə

Hazırlanması
1. Əti kiçik tikələrə doğrayırıq, duzdayırıq, qara istiot və üyüdülmüş qara zirə əlavə edirik.
2. Qazanımızın dibinə bir lay ət düzürük, üzərinə xırda doğranmış soğan əlavə edirik və kartofu halqavarı doğrayaraq üzərinə düzürük. Sonra yenidən bir lay ət, soğan və kartof düzürük. 
3. Son qat olaraq üzərinə bir neçə dilim sarımsağ qoyuruq, və xırda doğranmış cəfəri əlavə edirik. 
4. Tomatı bir stəkanda su ilə qarışdırıb, qazana tökürük. Qızdırılmış piyi üzərinə əlavə edirik, saat yarım asta ocaqda hazır olana kimi bişiririk.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 732
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri