Patatas Bravas resepti

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 621
Səs ver:
(səs: 2)
Tərkibi:
kartof 500 q
1 xörək qaşığı zeytun yağı
zövqə görə duz və istiot 

sousu üçün:
2 xörək qaşığı  zeytun yağı
1 kiçik soğan
sarımsaq 3 - 4 diş 
500 q pomidor 
2 yemək qaşığı tomat pastası
1 xörək qaşığı  döyülmüş  paprika
1 çay qaşığı  qırmızı istioat  (zövqə görə)
1/2 xörək qaşığı şəkər
Tabasco bir neçə damcı (zövqə görə) ( Tabasqo dibçəklərdə bibər gülü adlandırılan kiçik bibərlərdən alınmış hazır sousdur).
duz və istiot 

Hazırlanması:
pomidor sousu hazırlayın:
1. Soğan, sarımsaq və pomidor təmizlənib xırda şəkildə doğranılır.
2. Böyük bir tavada  5 dəqiqə ərzində soğan , sarımsaq və pomidor aramla əlavə edilib qızardılır . 
3.Daha sonra isə digər ərzaqlar əlavə olunaraq  35-40 dəqiqə orta atəşdə  bişirilir.

kartof hazırlamaq:
1. Soba 220 ° C - də qızdırılır.
2. Kartofları soyub kub - kub doğrayıb üzərinə  duz və istiot əlavə edilib qarışdırılır.  Və sobada 45-55 dəqiqə qızarana qədər bişir.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 621
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri