Bişirilmiş tərəvəz və pendirli toyuq ruletləri resepti

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 2 544
Səs ver:
(səs: 2)
Tərkibi:
12 orta rulet üçün 
toyuğun döş əti- 3 ədəd  
kabaçok - 1 ədəd 
bolqar bibəri - 1 ədəd  
pomidor - 2 ədəd
bərk pendir - 100 qr. + üstünə səpmək üçün bir az sürtgəcdən keçirilmiş pendir ədviyyatlar, duz, qırmızı istiot – zövqə görə

Hazırlanması:
1. Hər döş ətini  4 hissəyə bölün (1 uzununa, 1 eninə kəsin) Azca döyüb ədviyyat və duz vurun.
2. Kabaçokun qabığını soyun. Tərəvəz və pendiri nazik uzun doğrayın.
3. Hər döş diliminin ortasına bir neçə pendir və tərəvəz zolaqları qoyun. Diş çöpləri ilə bərkidin.  
4. Ruletləri 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Tam bişməsinə 5 dəqiqə qalmış ruletlərin üzərinə sürtgəcdən keçirilmiş pendir səpib sobanın tepmeraturunu 200 dərəcəyə kimi artırın.
5. Sonda üzərinə qırmızı istiot səpib süfrəyə verin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 544
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri