Sobada hind toyuğu resepti

Şərhlər: 5
Baxılıb: 2539
Səs ver:
(səs: 1)
Tərkibi:
Hind toyuğunun budu və ya ayağı – 1 ədəd  
Baş soğan – 1ədəd
Sarımsaq – 8-10 diş
Kartof - 3 ədəd
Kök – 1 ədəd
Su – ½ çay stəkanı
Zeytun yağı – 3-4 x.q.
Duz, qara istiot
Kəklikotu

Hazırlanması:
Əvvəlcədən sobanı 200 dərəcədə isitmək lazımdır. Soğanın qabığını soyub 4 yerə böl. Sarımsaqların da qabığını soyub bütov şəkildə saxla. Kartofları və kökü də qabıqlarını təmizlə, yu və iri kub şəklində doğra. Hind toyuğunu yu, üzərinə kiçik xətlər at və kəklikotuları üzərinə, yanlarına əlavə et. Zeytun yağı, duz və qara istioutu da ətin hər tərəflərinə çək. Soğan, sarımsaq, kök, kartof  və kəklikotunu ətin üzərinə və yanlarına yay. Üzərinə də su əlavə et. Qabın ağzını da falqa kağızı ilə örtərək 30 dəqiqə bişməyə qoy.  30 dəqiqədən sonra sobanın dərəcəsini 180 dərəcəyə endir və 1 saat də bişməyə qoy. 1 saat tamam olandan sonra falqa kağızını açıb istilik dərəcəsini 160-a endir və üstü qızarana qədər  yenə də 30 dəqiqə sobada qalsın. Beləliklə, 2 saata sobada, təndirdə bişən hind toyuğunun dadı verən hind toyuğun hazırdır. 

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri