Ənginarlı və toyuqlu pide

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3 423
Səs ver:
(səs: 1)
Vəsaitlər

Xəmir üçün

1 çay stəkanı əridilmiş kərə yağı
1 çay stəkanı duru yağ
2 yumurta (1 dənəsinin sarısı üzərinə ayrılacaq)
1 paket qabartma tozu
1 su stəkanı ilıq qatıq
Duz
Ala bildiyincə un

İçi üçün
250 qr toyuq əti
2-3 qaynadılmış enginar
1 soğan
1 pomidor
1 yaşıl bibər
Duz
Qara bibər
Qırmızı toz bibər

Hazırlanması

Toyuq ətlərini, enginarı və pomidorları kub şəklində doğrayın. Soğanı mdoğrayıb yağda çəhrayılaşana qədər qovurun. Ətləri əlavə edib bir neçə dəqiqə yüksək odda qarışdırın. Pomidor və incə doğranmış bibərləri əlavə edərək ətlər yumşalana qədər bişirin. Enginarları, duz və ədviyyatları əlavə edərək bir neçə dəqiqə daha bişirin. Soyumağa buraxın. Kərə yağı, duru yağı, duz, yumurta və qatığı bir qabda yaxşıca qarışdırın. Bir az un ələyin, qabartma tozunu əlavə edin və yoğurun. Unu əlavə edin. Xəmiri 15-20 dəqiqə istirahət etdirin. Xəmirdən kiçik parçalar alıb yüngül açın. Toyuqlu içdən xəmirin ortasına uzunlamasına yerləşdirin və kənarlardan qatlayaraq pide şəkli verin. Kənarlarına 1 yemək qaşığı duru yağ əlavə olunmuş yumurta sarısını çəkin. 180 dərəcə sobada qızarana qədər bişirin. Sobadan çıxınca pidelərin kənarlarına kərə yağı çəkin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 423
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri