Qiyməli pide

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3 249
Səs ver:
(səs: 2)
Xəmiri üçün;
1 su stəkanı ilıq süd
1 su stəkanı su
1 paket yaş maya
4 yemək qaşığı maye yağ
1 yemək qaşığı şəkər
5 su stəkanı un
duz

Pide içi üçün;
yarım kilo qiymə
3 ədəd orta böyüklükdə soğan
3 ədəd orta böyüklükdə pomidor
2 ədəd yaşıl bibər
2-3 diş sarımsaq
cəfəri
qara bibər
pul bibər
kəklik otu

Üzəri üçün;
1 yumurtanın sarısı

Hazırlanması:
Xəmiri hazırlamaq üçün un xaricindəki vəsaitlərin hamısını bir qaba alıb qarışdırın.
Unu az - az əlavə edərək konsistensiya yaranana qədər yoğurun. Mayalanması üçün ən az 1 saat gözlədin.
Pide içini hazırlamaq üçün soğan və bibərləri robotdan keçirin və kiçik-kiçik doğradığınız pomidorlarla bir qaba alın.
Qiyməni sous, maye yağ və ədviyyatları da əlavə edib yaxşıca qarışdırın.
Mayalanan xəmirdən parçalar qoparıb dəzgah və ya düz bir zəminin üzərində uzun pide şəklində açın.
Xəmirin kənarlarını içə doğru qıvırın və kağız sərdiyiniz soba nimçəsinə yerləşdirin.
Pidelərinizin içinə pide xərcindən qoyun və bərabər şəkildə dağıdın.
Yağlanılmış soba nimçəsinə pidelərini düzün.
Kənarlarını qıvırdığınız pidelərin üzərinə bir yumurtanın sarısını çəkin və əvvəlcədən 180 dərəcədə istilətdiyiniz sobada bişirin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 249
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri