Meyvəli pizza

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 538
Səs ver:
(səs: 0)
Tərkibi:
220 qr un
1/2 çay qaşığı qabartma tozu
1/4 çay qaşığı karbonat
1/4 çay qaşığı duz
150 qr toz şəkər
115 qr otaq istiliyində kərə yağı
1 ədəd yumurta
225 qr holland pendiri
50 qr pudra şəkəri
2 çay qaşığı vanil
göz qərarı fəsil meyvələri
1/4 su stəkanı ərik ya da heyva cemi suyu
1 yemək qaşığı su

Hazırlanması:
Un, qabartma tozu, karbonat və duzu qarışdırın. Şəkər və kərəyağını mikserlə krem konsistensiyasına gələnə qədər çırpın. Yumurta və 1 çay qaşığı vanili də əlavə edib qarışdırmağa davam edin.
Ən son un qarışığını yavaş - yavaş əlavə edərək yumşaq bir xəmir konsistensiyasına gələnə qədər əlinizlə yoğurun.
Yağlı kağız sərilmiş dövrdə qəlibini yaxşıca yağlayın və hazırladığınız xəmiri qoyub əlinizlə yayın.
180 dərəcə istilənmiş sobada 15-20 dəqiqə bişirin və soyumağa buraxın. Bu vaxt holland pendir, pudra şəkəri və qalan vanili mikser ilə yaxşıca qarışdırın. Soyuyan pizza keksinizin üzərinə hazırladığınız kremi çəkin.
Krem üzərinə istədiyiniz meyvələri düzün və meyvələrin üzərinə sulandırılmış heyva ya da ərik cemini fırçayla çəkin. 30 dəqiqə qədər soyuducunda gözlətdikdən sonra nuşla qəbul edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 538
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri