Fransızsayağı ət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 609
Səs ver:
(səs: 0)
Tərkibi:
Dana əti-1,5 kq
Soğan-6 ədəd
İstiot-duz
Kəklikotu
kərə yağı- 50 q
zeytun yağı-50 q
Un-5 x.q
Süd- 2 stəkan
Qaymaq- 2 stəkan
Parmezan pendiri- 150 q
Duz

Hazırlanması:

İlk olaraq əti xırda-xırda doğrayıb üzərinə duz istiot səpirik. İstiot zövqə görə qara və qırmızı istiotların qarışığı da ola bilər.
Üzərinə kəklikotu səpip 2 saat saxlayırıq.
3 ədəd soğanı dördkünc, 3 ədəd soğanı isə yumru-yumru doğrayırıq. Parmezan pendirini sürtkəcin iri gözündən keçiririk. Zeytun yağında dördkünc doğradığımız soğanı qızarana qədər qovurub bir qaba yığırıq. İndi isə sousu hazırlayaq. Tavaya kərə yağını əlavə edib əridirk.
Üzrinə un əlavə edib dəyanmadan qarışdırırıq. Ən azından 3 dəqiqə qovurmaq lazımdır. Sonra südü yavaş-yavaş əlavə edirik. Mütləq dəyanmadan qarışdırmaq lazımdır ki, un yumrulanmasın. Sonda üzərinə qaymağı əlavə edib 3 dəqiqə odda saxlayıb götürürük.
5 dəqiqə keçdikdən sonra üzərinə sürtkəcdən keçirdiyimiz sousu əlavə edib yaxşı-yaxşı qarışdırırıq.
Bişirəcəyimiz qaba folqa kağızı qoyub, zeytun yağı ilə yağladıqdan sonra üzərinə yumru doğradığımız soğanı əlavə edirik.
Bir sıra ət düzüb üzərinə qızartdığımız soğanı əlavə edirik. Yenidən qalan əti düzürük.
Sonda sousu da əlavə edib 150-180 dərəcədə 1 saat bişiririk.
Yeməyimiz hazırdır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri