Dofin kartofu

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2 284
Səs ver:
(səs: 0)
Ərzaqlar:
600 q kartof
2 yumurta
50 q kərə yağı
0,5 st. un
bitki yağı
su
muskat cevizi

Hazırlanması:
Kartofu təmiz yuyub sobada hazır olanadək bişirin. Sobadan çıxarıb soyudun. Qabığını soyub ət maşınından keçirin.
Yarım stəkan suyu qazançaya töküb kərə yağı, bir çimdik üyüdülmüş muskat cevizi və yarım çay qaşığı duz əlavə edin. Qaynara düşəndə qarışdıra-qarışdıra unu səpin və ocağı azaldın. Xəmir qazanın divarlarından aralananadək qarışdıraraq bişirin. Yumurtaları xəmirin içinə çalın, bu arada qarışdırmağı da unutmayın. Kartofu da əlavə edib eynicinsli qarışıq alınana qədər qarışdırın.

Dərin tavaya yağ töküb qızdırın. Qarışıqdan balaca kürələr düzəldib yağda qızardın.

Dofin kartofu

















Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri