İspanaq yatağında souslu toyuq

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 2 819
Səs ver:
(səs: 0)
Ərzaqlar:
1 stəkan qaymaq
1 yemək qaşığı soya sousu
2 çay qaşığı duz
1 çay qaşığı istiot
1 stəkan maye yağ
1 dəstə ispanaq
3 ədəd qırmızı bibər
1 ədəd orta boy soğan
3 diş sarımsaq
1 çay qaşığı duz
1 ovuc qoz ləpəsi

Hazırlanması:
Toyuğun sinə ətini kub şəklində doğrayıb yuyun. Tefal tavada suyu çəkilənə qədər qovurun. Sonra tavaya 1 stəkan qaynar su töküb bişirin. Toyuğun suyu tamamilə çəkiləndə bitki yağının yarısını tavaya əlavə edib 2-3 dəqiqə yenidən qovurun. Sonda qaymağı, soya sousunu, duz və istiotu tavaya töküb qarışdırın. 1-2 dəqiqə birşirdikdən sonra odu söndürün.

İspanaq yatağı
Soğanı da kub şəklində doğrayın. Qalan yağı tavada qızdırın və doğranmış sarımsaqla birlikdə soğanı qovurun. Qırmızı bibəri yuyub kub halında doğradıqdan sonra onu da əlavə edin. Sonda qalın doğranmış ispanağı, qozu, duz və istiotu da əlavə edib 5 dəqiqə qovurun. İspanaq yatağını bir qaba töküb üzərinə soya souslu toyuğu düzün.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri