Qızartma pizza

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 2 059
Səs ver:
(səs: 0)
Tərkibi (2 pay):
un (yaymaq üçün)
bitki yağı (qızartmaq üçün)
200 ml tomat sousu*
150 q motsarella
10-12 çerri pomidoru
5 təzə reyhan yarpağı, yaxud reyhan və ya oreqano qurusu
dəniz duzu (zövqə görə)
qara istiot
1 x.q. zeytun yağı (extra virgin)

xəmir:
500 q un
0,5 x.q. narın dəniz duzu
1 paket quru maya (7 q)
0,5 x.q. narın qəhvəyi şəkər (ya da adi)
2 x.q. zeytun yağı (extra virgin)
320 ml isti su

Xəmir:
Xəmiri çörəkbişirəndəki "Pizza" rejimi ilə, yaxud da adi qaydada (mayanı ilıq suda həll edərək bir qədər şişəndən sonra şəkər tozu, yağ, sonra isə unla duz qarışığını qatmaqla) yoğurun.

Ətləyib 5-6 yerə bölün. Un səpilmiş masada 15 sm diametrdə, 4-5 mm qalınlıqda yayın. (Bu mərhələdə onları arasına yağlanmış folqa düzərək üst-üstə yığıb soyuducuya qoymaq, ya da sonraya saxlamadan dərhal bişirmək olar).

Tavaya 5 sm qalınlıqda bitki yağı töküb iti odda qızdırın. Yaxşı qızıb-qızmadığını kartof dilimi ilə yoxlaya bilərsiniz: əgər fışıltı ilə yağın üzünə qalxırsa, deməli, yağ yaxşı qızıb. Bu zaman yaydığınız xəmiri ehtiyatla tavaya qoyun. Hər üzünü təxminən 30 saniyə qızardın. Çıxarıb kağız salfetin üzərinə, sonra isə formaya düzün. Bütün xəmirləri bu qaydada hazırlayın. Yağ azaldıqca əlavə edin, qızandan sonra digər xəmiri bişirin.

Pomidorları yarı bölün, qrili maksimum qızdırın. Pizza kökələrinin üzərinə tomat sousu çəkin, motsarella dilimləri düzün, bir neçə çerri pomidoru, reyhan qoyun. Duz-istiot səpib yağ vurun. Qızmar qrildə təxminən 5 dəqiqə, pendir köpüklənincə bişirin.

Tomat sousu:
2 diş sarımsaq
təzə reyhan
600 q pomidor
duz
istiot

Zeytun yağında xırdalanmış sarımsağı qızardın, xırdalanmış pomidorla reyhanı əlavə edin. Duz-istiot vurun. Qaynara düşəndə ocaqdan götürün. Ələkdən keçirib yenidən tavaya qaytarın, 5 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 059
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri