Tərkibi: 1 qutu toyuq budu 5 xörək qaşığı zeytun yağı 5 xörək qaşığı süd 1 xörək qaşığı tamat 1 ədəd soğan 1 çay qaşığı duz 1 çay qaşığı istiot 1 çay qaşığı pul bibər
Hazırlanması: Toyuğu böyük tikələr şəkilində kəsin. Soğanı soyub rəndələyin. Sadəcə suyundan istifadə edəcəksiniz , buna görə suyunu başqa bir qaba sıxıb kənara qoyun. Qazanın içinə soğan suyu, tamat, duz, istiot, pul bibər, zeytun yağı , südü qatıb qarışdırın.
Toyuğu da sousla qarışdırıb qazanın ağzını bağlayın. 1 gün boyunca saxlayın daha sonra soyuducuya qoyub sərinlədin. Sərtləşən toyuqları yarpaq şəkilində doğrayın. Tavaya çox az yağ qoyub toyuqları səliqəli şəkildə bişirin. Toyuqlar yaxşı bişdikdən sonra plovla süfrəyə bilərsiniz.