Badımcanlı, noxudlu bulğur plovu

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 269
Səs ver:
(səs: 0)
Tərkibi:
3 xörək qaşığı (100 q ) kərə yağı
2 stəkan bulğur
1 stəkan şabalıd
1 çay qaşığı istiot
1 xörək qaşığı quş üzümü
1 stəkan qaynanmış noxud
2 çay qaşığı duz
4 stəkan isti su

İçi üçün:
2 xörək qaşığı kərə yağı
2 ədəd balaca və kub şəklində doğranmış badımcan
2 çay qaşığı duz

Üstü üçün:
2 xörək qaşığı nazik doğranmış şüyüd

Hazırlanması:
İçlik üçün badımcanları xırda kub şəkilində doğrayıb üzərinə duz səpib 15 dəqiqə saxlayın. Sonra suyunu çay dəsmalına bükərək alın. Kərə yağını isitdikdən sonra badımcanları əlavə edib qarışdırın. Əvvəlcədən yaxşıca isidilmiş tavada qızarana qədər bişirin.
Kərə yağını əridib yaxşıca yuduğunuz bulğur və şabalıdları qovurun. Bulğurun üzərinə ədviyyatları, quş üzümü, noxud, duz, istiot və isti suyu əlavə edin. Zəif odda suyunu tam çəkənə qədər bişirin.

Altını söndürdükdən sonra badımcanları və nazik doğranmış şüyüdü bulğurun üzərinə əlavə edib qarışdırın. 10 dəqiqə saxladıqdan sonra isti halda süfrəyə verin.

Qeyd: Badımcanları mütləq əvvəlcədən çox isinmiş tavada bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 269
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri