Ərzaqlar: 500 qr toyuq filesi (çəkilmiş) 60 qr kərə yağı Şüyüd 2-3 diş sarımsaq Duz, istiot 3 ədəd yumurta Suxarı Un Kərə yağı
Hazırlanması: Əvvəlcə içliyi hazırlayırıq. Bunun üçün sarımsaq və şüyüdü (zövqə görə) xırda-xırda doğrayırıq və yağla qarışdırırıq. Soyuducuya qoyuruq. Çəkilmiş toyuq ətinə duz, istiot vurub yaxşıca qarışdırırıq. Əti 10 hissəyə bölürük. Əllərimizi isladıb əti əlimiz ilə yastılayırıq. Hər ətə bir qaşıq içlik qoyub kotlet formasına salırıq. İçliyi zövqünüzə görə seçə bilərsiniz (pendir, göbələk cə s.). Hazır kotleti əvvəlcə una batırırıq. Sonra çalınmış yumurtaya və suxarıya. Daha sonra yenidən yumurtaya batırıb sonda bir daha suxarıya batırırıq. Vaxt itirmədən qızdırılmiş yağda qızardırıq və soba nimçəsinə düzüb 180C dərəcə qızdırılmış sobada 15 dəqiqə bişiririk.