Ləzzətli fərqliliyi sevənlər üçün "Göbələkli piroq"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 850
Səs ver:
(səs: 0)
Tərkibi:
100 ml süd
7-10 q quru maya (və ya 20 q yaş maya)
0,5 ç.q. soda
1 yumurta
1 x.q. bitki yağı
250 q un
duz

iç:
300 q göbələk
400 q kartof
150 q soğan
150 q pendir
xama, yaxud mayonez

Hazırlanması:
İsti (qaynar olmayan) südə şəkər tozu və maya əlavə edib isti yerə qoyun. 15 dəqiqəyə barata qalxmalıdır.
Yumurtanı duzla çalın. Bitki yağı əlavə edib qarışdırın. Baratanı əlavə edib qarışdırın.
Un qatıb yumşaq xəmir yoğurun.
İçində xəmir olan ləyənçənin üzərini dəsmal və ya plyonka ilə örtüb isti yerə qoyun. Təxminən 30 dəqiqəyə xəmir gəlməlidir.
Soğanı uzunasına, göbələyi nazik doğrayın. Çiy kartofu çox nazik dilimləyin.
Pendiri sürtgəcin xırda gözündən keçirin.
Sinini yağlayın, yaxud içinə perqament döşəyin.
Xəmiri 3 mm qalınlıqda yayın. Siniyə döşəyin, kənarlarını azca qaldırın. Üzərinə azca xama çəkin. Göbələyi döşəyin, duz-istiot səpin. Üzərinə soğan döşəyin.
Üzərinə kartofu düzün, azca duz vurun. Xama çəkin. Üstünə pendir səpin.
180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Süfrəyə verərkən üzərinə xama çəkə və göyərti səpə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 850
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri