Mayasız tava çörəyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 917
Səs ver:
(səs: 0)
Tərkibi:
1 ədəd yumurta,
1 su stəkanı su,
2 yemək qaşığı nişasta,
2 yemək qaşığı qarğıdalı unu,
1 paket qabartma tozu (10 qram),
Yarım çay qaşığı duz,
1 su stəkanı un (su stəkanı ölçüsü: 200 ml.).

Mayasız Tava Çörəyinin Hazırlanması:
Mayasız tava çörəyi etmək üçün, ilk növbədə, dərin bir qab içərisinə 1 ədəd yumurta qırılar və tel çırpıcı köməyi ilə çırpılır.
Üzərinə 1 su stəkanı su əlavə edilərək təkrar çırpılır.
Daha sonra üzərinə nişasta, qarğıdalı unu, duz, qabartma tozu və un əlavə edilərək hamar konsistensiya əldə edənə qədər çırpılır.
Xəmirin konsistensiyası axıcı keks xəmiri konsistensiyasında olacaq, çox sulu olsa bir az un, çox tünd olsa bir az su əlavə edərək aça bilərsiniz.

Yapışmaz səthli orta boy bir tava yüngülcə yağlanır və əldə edilən çörək xəmiri tava içərisinə boşaldılar.
Tavanın qapağı bağlanılaraq xırda qazda altı qızarana qədər bişirilir.
Alt üzü qızaranda tərs çevrilərək digər üzünün də qızarması təmin edilər.
İki tərəfi də bişən mayasız tava çörəyi qazdan alınar və dilimlənərək isti olaraq xidmət edilir.

Qeyd: Xəmiri mayasız olduğundan dərhal hazırlayıb bişirmək olar.

Nuş Olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 6 917
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri