Göbələkli zapekanka resepti

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 5 452
Səs ver:
(səs: 1)
Tərkibi:
yarım kq göbələk (şampinyon),
200 qr toyuğun döş əti (çəkilmiş mal əti də olar),
3 ədəd kök,
1 ədəd quru soğan,
5-6 ədəd kartof,
100 qr holland pendiri,
2 ç.q. tamat,
1 st isti su

Beşamel sous:
50 qr kərə yağı,
2 x.q. un,
3 st süd

Hazırlanması:
Əvvəlcə soğanı xırda-xırda doğrayıb, yağda qovururuq. Daha sonra üzərinə doğranmış toyuq ətini əlavə edirik. Ət suyunu buraxdıqda göbələyi, biraz sonra isə sürtgəcdən keçirilmiş kökü əlavə edib, hamısını birlikdə bişiririk.

Şüşə materialdan olan soba qabını yağlayıb, ən alt qatdan halqa şəklində kəsilmiş kartofları düzürük. Üzərinə göbələkli qarışımı əlavə edirik. Kiçik bir kasada tomat, az miqdarda duru yağ,istiot,isti su əlavə edilib, qarışdırırıq və göbələkli qarışımın üzərindən soba qabına tökürük. Əvvəlcədən isidilmiş sobada 20-30 dəqiqə bişiririk.

Bu müddət ərzində beşamel sosu hazırlayırıq. Tavaya kərə yağı əlavə edib, az odda yandırmadan əridirik. Daha sora unu tavaya əlavə edib, rəngi yüngül dəyişənə kimi qovururuq. Son olaraq, az-az südü əlavə edirərək sürətlə qarışdırırıq. Vam odda qatılaşana kimi bişiririk.

Sos hazır olduqdan sonra yeməyin üzərinə gəzdirərək tökürük və yenidən sobaya qoyuruq. Üzəri qızardıqda sürtgəcdən keçirilmiş holland pendiri əlavə edib, 2-3 dəqiqə isti sobada saxlayıb, götürürük.

Beləliklə,ləziz yeməyimiz süfrəyə verilməyə hazırdır.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 452
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri