Ərzaqlar: İçlik: Mal əti – 600 qr Soğan – 2 ədəd Kartof – 400 qr Kərə yağı – 50 qr Duz – 2 ç/q İstiot
Xəmir: Un – 4 st Su – ½ stəkan Smetan – 5 x/q Kərə yağı – 5 x/q Duz – 1 ç/q
Hazırlanması: Xəmir üçün unu ələyib ortasında çuxur açırıq, ərzaqları əlavə edib elastik xəmir yoğururuq. Büküb soyuducuya qoyuruq. İçlik üçün soğanı xırda doğrayıb duz səpirik, əlimizlə bir az əzib digər ərzaqları hazırlayana qədər kənara qoyuruq. Əti 0,5 sm qalınlığında kub şəklində doğrayırıq. Ətçəkən maşında çəkmək də olar. Kartofu soyub ətlə bərabər ölçüdə doğrayırıq. İçlik üçün olan bütün ərzaqları qarışdırıb istiot vururuq. Xəmiri 10 hissəyə bölürük və hər kündəni 15-17 sm böyüklüyündə yayırıq. İçliyi hər hissəyə tək tək qoyub şəkildəki kimi üçbücaq şəklində bükürük. Ortasını dəlik buxarırıq. Bulyon tökmək üçün. Soba nimçəsini yağlayırıq , peroşkiləri düzüb üzərinə yumurta sarısı çəkirik. 200C dərəcə qızdırılmış sobada 1 saat bişiririk. Bişən zaman peroşkilərin içində ətin qaynayan suyu görünməlidi. Əgər bu yoxdursa qaynar ət suyu əlavə etmək lazımdır. Olmazsa qaynar bir az duzlu su əlavə etmək olar. Nuş olsun!