Hind mətbəxindən pendirli sous resepti

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 2 782
Səs ver:
(səs: 2)
Tərkibi:
2 ədəd soğan
3-4 diş sarımsaq
2-3 x/q tomat pastası
Bir qədər zəncəfil
350 q 20%-lik qaymaq
350 q yağlı ağ pendir
2 ç/q keşniş toxumunun tozu
1 ç/q hil tozu
4 ç/q ədviyyatlı yağ
0,5 ç/q qırmızı pul bibər
Duz
İstiot
(Ədviyyatlar zövqə görə götürülə bilər. Hind mətbəxində acılı ədviyyatlardan istifadə edildiyi üçün ədviyyatların acılığı mütləqdir)

Hazırlanması:
Soğan və sarımsaq xırda-xırda doğranır. Zəncəfil sürtkəcdən keçirilir.
Soğan yağda qovrulur.
Üzərinə zəncəfil və sarımsaq əlavə edib, bir yerdə qızardılır.
Qızılı rəngdə olanda üzərinə ədviyyatlar əlavə edilib qarışdırılır.
Üzərinə tomat pastası və qaymaq əlavə edilib qarışdırılır.
Bir qdər sonra isə üzərinə doğranmış pendir əlavə edilib, ehmalca qarışdırılır. Qapağını bağlayıb, qazı söndürürük.
Zövqünüzə uyğun yeməklə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri