Acikanın hazırlanmasının 4 asan qaydası

Müəllif: Efsuw2016
Şərhlər: 5
Baxılıb: 4 189
Səs ver:
(səs: 1)
Əziz dostlar, əvəzsiz qış tədarükü sayılan Acikanın 4 cür hazırlanma qaydasını seçiminizə veririk.

Tərkibi:
1-ci Qayda
5 kq pomidor
1 kq şirin bibər
16 ədəd acı bibər
300 qr sarımsaq
100 qr duz
100 qr sirkə
200 qr şəkər tozu
400 qr qıtıqotu (xren)
2-ci Qayda
200 qr sarımsaq
4 ədəd qıtıqotu(xren) çubuğu
2 dəstə cəfəri
2 dəstə şüyüd
10 ədəd şirin bibər
20 ədəd acı bibər
2 kq pomidor
4 x/q şəkər tozu
4 x/q duz
50 qr sirkə
3-cü Qayda
5 kq pomidor
2 kq alma
2 kq yerkökü
2 kq şirin bibər
300 qr acı bibər
300 qr sarımsaq
1 litr bitki yağı
3 x/q duz
4-cü Qayda
5 kq pomidor
1 kq yerkökü
1 kq bolqar bibəri
5-10 ədəd acı bibər
yarım kq soğan

Hazırlanması:
1-ci Qayda

Bütün ərzaqlar yuyulub, təmizləndikdən sonra ətçəkən maşından keçirilir. Bibərlərin ancaq kökləri təmizlənir, içərisindəki tumlarla birgə çəkilib, xırdalanır. Kütləyə duz, şəkər tozu, sirkə əlavə edilib, 50 dəqiqə saxlanılır. Sonra şüşə qablara əlavə edilir. Bu acikanı bişirməyə gərək yoxdur.Ağzı bağlı şüşə qablarda soyuducuya qoymadan belə saxlamaq olar.

2-ci Qayda
Bütün ərzaqlar ətçəkən maşının xırda gözündən keçirilir, üzərinə duz və şəkər tozu əlavə edilir. Sərin yerə qoyulmuş qabda 2 gün saxlandıqdan sonra üzərinə sirkə tökülüb, yaxşıca qarışdırılır. Daha sonra bankalara əlavə edilib,qapaqla bağlanır. Uzun müddət soyuducuda saxlanıb, istifadə olunur.

3-cü Qayda

Ərzaqlar ətçəkən maşından keçirilib, yağ və duz səpilir. 2 saat bişirildikdən sonra sterlizə edilmiş bankalara qoyub, bağlanılır.

4-cü Qayda
Ərzaqlar ətçəkən maşından keçirilib, 2 saat qaynadılır. Sterlizə edilmiş bankalara tökülüb, qapaqla bağlanılır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 189
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri