Qarğıdalılı barbunya resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 174
Səs ver:
(səs: 0)
Tərkibi:
400 qram dana qiyməsi
1 ədəd qırmızı bibər
2 ədəd soğan
80 qram tomat pastası
400 qram pomidor (konservləşdirilmiş)
200 qram şirin qarğıdalı (əvvəlcədən bişirilmiş)
500 qram barbunya lobya (konservləşdirilmiş)
Qızartma üçün bitki yağı
Duz, istiot, şəkər, krem

Hazırlanması:
Soğan və bibərləri incə-incə doğrayın.

Qazana yağ əlavə edib əti qovurun. Ardından soğan, bibər əlavə edib qovurmağa davam edin.

Pomidor tomatı əlavə edib 2-3 dəqiqə bişirin. Duz və istiot səpin..

Konservləşdirilmiş və ya qaynadılmış barbunya, qarğıdalı əlavə edib qarışdırın.

Aşağı dərəcədə 15-18 dəqiqə bişirin. Şəkər əlavə edin. Krema əlavə edib servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 174
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri