Avstraliya üsulu ət piroqu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 422
Səs ver:
(səs: 1)
Tərkibi:
ətli içlik:

300 q mal əti
1 baş soğan
1 diş sarımsaq
1,5 st. un
acı və ətirli istiot (zövqə görə)
1 x.q. vuster sousu
100 ml bulyon və ya su
2 budaq kəklikotu
göbələk (zövqə görə)
bitki yağı (qovurmaq üçün)
1 çimdik duz
1,5 yarpaq hazır qat-qat xəmir

ovuntuq xəmir:
200 q un
100 q kərə yağı
1-2 x.q. buz kimi su
1 çimdik duz

əlavə:
yumurta sarısı
küncüt

Hazırlanması:
Əti xırda doğrayın, istiot (ağ və qara) və duz qatılmış una hərtərəfli batırın (bunu paketdə etmək daha asandır).

Bitki yağında qovurun. Hərtərəfli qızarmış ətə xırda doğranmış soğan, əzilmiş sarımsaq, kəklikotu yarpaqları qatıb bulyon tökün (ət, yaxud tərəvəz bulyonu, qaynar su da olar). Ət tam hazır olunca bişirin. Soyudun.

Kərə yağını bıçaqla doğrayın, otaq temperaturunda bir qədər yumşaldıqdan sonra unla duzu qatıb döyün, sonra buz kimi suyu əlavə edib əlüstü qarışdırın və kündə tutub istifadə edecəyinriz vaxta qədər soyuducuya qoyun. Xəmir yumşaq və elastik alınmalıdır.

Xəmiri iki yerə bölüb hər birini formaların içinə döşəyin. Kənarlarını qaldırın. İçi yerləşdirin.

Əvvəlcədən otaq temperaturunda saxlanılıb donu açılmış qat-qat xəmiri yayıb həmin formalar üçün "qapaq" kəsin. Bu "qapaq"ları için üzərindən yerləşdirib ovuntuq xəmirlə kənarlarını birləşdirin. Üzərinə yumurta sarısı çəkib küncüt səpin.

Qat-qat xəmirin üzərində xörəyin buxarının çıxması üçün çəngəllə deşiklər açın. 200 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin (xəmir tam bişənədək).

Adətən belə piroqu süfrəyə yaşıl noxuddan hazırlanmış püre-şorba, həmçinin pomidorlu, yaxud nanəli sousla verirlər.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 422
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri