Fransızsayağı raqu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 280
Səs ver:
(səs: 0)
Tərkibi:
Kərə yağı 50q
Çəkilmiş ət 500q
Soğan 1 baş
Bolqar bibəri 3 ədəd
Pomidor 5 ədəd
Holland pendiri 150q
Qaymaq(30-33% yağlı) 150 ml
Duz
İstiot

Hazırlanması:
İlk öncə soğanı yuyub, tımizlədikdın sonra onu xırda xırda doğrayırıq. Doğradığımız soğanı çəkilmiş ət ilə birləşdirib kərə yağı ilə orta hərarətli alovda qovurmağa başlayırıq. Ət tam bişənə qədər tavanın altını söndürmürük. Daha sonra bibərləri içlikdən təmizləyib, xırda-xırda doğrayırıq. Doğradığımız bibərləri kərə yağı ilə qızardırıq.
İstiyə davamlı qabın dibinə sürtgəcdən keçirilmiş holland pendirin bir hissəsini əlavə edin. Daha sonra uzərinə bişirdiyiniz ətli-soğanlı kütləni və qızartdığınız bibərləri yerləşdirin. 1 ədəd pomidoru doğrayıb, bibərli qatın üzərinə yerləşdirin. Qeyd edək ki, hər bir qatın üzərinə zövqə görə duz və istiot vurulur. Sürtgəcdən keçirilmiş holland pendirin qalan hissəsini qaymaq ilə birləşdirib, sonuncu qatın üzərinə boşaldın. Pomidorları nazik dilimlərə doğrayıb, son olaraq raqunun üzərinə səliqəli şəkildə düzürük. Sobanızı 200 dərəcəyə qədər isidib, 20 dəqiqə ərzində raqunu bişirə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 280
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri