Fasolakiya resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 857
Səs ver:
(səs: 1)
Tərkibi:
400 qr. yaşıl lobya
2-3 pomidor
1 baş soğan
2 diş sarımsaq
1/4 stakan zeytun yağı
1 ç.q. oregano
duz
2 stakan su

Hazırlanması:
Yaşıl lobyanın ucdarını kəsib soyuq suda yuyuruq.
Baş soğanı və sarımsağı xırda xırda kəsirik. Dərin və qalın qazana biraz zeytun yağı əlavə edirik.
Soğanı və sarımsağı qazana əlavə edirik. Biraz qızardırıq. Bu zaman pomidorların qabığını kəsib xırda-xırda kəsirik. Əlavə edirik qazana.
Duz, istiot, oregano əlavə edirik.
Lobyalarımızı və zeytun yağının qalan miqdarını əlavə edirik.
Üstünə su töküb az xodda 40 dəq. bişiririk.
Süfrəyə ağ pendirlə və zeytunla verilir.
Yunanlar bu yeməyi həm isti yemək kimi həmdə soyuq qəlyanaltı kimi istifadə edir.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 857
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri