Şalot soğanlı dovşan resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 481
Səs ver:
(səs: 0)
Tərkibi:
400 qr. şalot soğanı (olmasa adi soğan işlədin, xırda soğan olmalıdır)
1 kilo ev dovşanı
3 ədəd pomidor
2 saplaq rozmarin
1 ç.q. tmin
1 dəftə yarpağı
3 stakan su
yumru qara istiot

Hazırlanması:
Bu yeməyin içinə 1/2 stakan ağ çaxır əlavə olunur, mən etmədim.
Dovşanı hissələrə bölürük və hər tərəfli tavada qızardırıq.
Soğanı dərin bir qazanda bütov şəkildə biraz qızardırıq. Yanına qızarmış dovşan ətini əlavə edirik. Pomidorun qabığını soyuruq və xırda xırda kəsirik, əlavə edirik qazanın içinə.
Bütün ədviyyatları, suyu əlavə edirik. Qapağı bağlayıb 3 saat az xodda bişiririk.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 481
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri