Tərkibi: 1 paket (10ədəd) hazır qat-qat xəmir(milföy xəmiri) 200qr toyuq filesi 2 iri baş soğan Duz,istiot Bitki yağı 1 yumurta Küncüt
Hazırlanması: Soğanı yarım halqa şəklində doğruyub,bitki yağında qızardırıq,toyuq filesini də istəsəz lap xırda doğruyub soğanla birlikdə bişirin ,istəsəz qaynadıb, soğan hazır olanda içinə əlinizlə xırdalayaraq ( didərək) əlavə edin. Mən özüm hazırladığım qat-qat xəmirlə etdim. Kvadrat formada xəmirlərin içinə içlik qoyub üçkünc formada(şəkildəki kimi) bükürük və üzərinə yumurta sarısı çəkib küncüt səpirik. 175'də 15-30dəq üzü qızaranadək sobada bişiririk.