Gürcü sayağı xaçapuri

Müəllif: Meleknur
Şərhlər: 5
Baxılıb: 7 461
Səs ver:
(səs: 0)
Gürcü mətbəxinin ən məşhur qəlyanlatısı olan xaçapurinin Tbilisisayağı növünün reseptini sizinlə bölüşürük.

Tərkibi:

3 stəkan un
1 stəkan kefir
1 ədəd yumurta
50 qr kərə yağı
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı duz
0,5 çay qaşığı soda
İçlik üçün:
400 qr bərk pendir
1 ədəd yumurta
Hazırlanma qaydası:

Bir qabda kefir, 1 ədəd yumurta, şəkər tozu və bitki yağını qarışdırın. Başqa bir qabda 2 stəkan un, duz və soda qarışdırın.

Üzərinə kefirli kütləni əlavə edib yumşaq xəmir yoğurun. Lazım olduqda qalan unu əlavə edin. Xəmirin üzərinə dəsmal örtüb dincəlməsi üçün kənara qoyun.

İçlik üçün pendiri rəndələyin, üzərinə yumurta əlavə edib qarışdırın. Xəmirdən 7 kündə düzəldin. Kündəni oxlovla açın.

Üzərinə içlikdən qoyub xəmirin kənarlarını içliyin üzərinə doğru bükün. Daha sonra çevirib oxlovla yayın. Xaçapurini tavada 2 üzlü qızardın.

Bişmiş xaçapurini süfrəyə verərkən kərə yağıyla yağlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 7 461
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri