Tərkibi: 500 qram göbələk 200 qram qiymə 2 yemək qaşığı kərə yağı 2 diş sarımsaq 2 yemək qaşığı un 4 su stəkanı su Duz İstiot
Üzəri üçün; Şüyüd
Hazırlanması: Əvvəlcə göbələkləri bol suyun içərisində yaxşı yuyun. Daha sonra iri iri doğrayaraq dərin bir xörək qazanında kərə yağı ilə birgə qovurun. Göbələkləri qovurduqdan sonra qiyməyə əlavə edin.
Əzdiyiniz sarımsaq və unu əlavə edib, unun rəngi dönənə qədər qovurun.
Yumaq əmələ gəlməməsi üçün davamlı qarışdıraraq suyu əlavə edin.
Sonra duz və istiotu əlavə edib qaynayana qədər qapağını bağlayın.