Əvəlikli-əriştəli şorba resepti

Müəllif: Gülşən
Şərhlər: 2
Baxılıb: 4 088
Səs ver:
(səs: 0)
Soyuq qış aylarının ən əvəzedilməz yeməklərindən biri də "əvəlikli isti" yaxud "əvəlik şorbası"dır. El arasında şəfa mənbəyi kimi dəyərləndirilən bu yemək zökəm və soyuqdəymənin təbii dərmanı kimi tanınır. Yeməyi müalicəvi edən ölkəmizin, demək olar ki, hər yerində rast gəlinən əvəlik bitkisidir. Yabanı halda bitən bu bitki yay aylarında yığılaraq saç hörüyü, yaxud yarpaq şəklində qurudularaq saxlanılır.

Tərkibi:
- 3 ədəd baş soğan
- 100 qram yağ
- 100 qram maş lobya
- 200 qram un
- bir boşqab qurudulmuş əvəlik
- qaynar su

Hazırlanması:
Yeməyi hazırlamaq üçün əvvəl maş lobya suda qaynadılır. Sonra əvəlik yumşalması üçün qaynar suda isladılır. Bundan sonra 1 kündəlik xəmir yoğurulur və əriştə kəsilir. Əriştə üçün hazırlanan xəmirin bir qədər bərk olması məsləhətdir. Əriştə kəsiləndən sonra üzərinə un səpilərək qarışdırılır ki, qaynar suda bir-birinə yapışmasın.

Əriştə hazırlandıqdan sonra soğan doğranılır, yağ-soğan edilir. Hazır olandan sonra üzərinə qaynanmış su tökülür Su qazanda qaynara düşdükdə isə əvvəlcədən hazırlanmış maş lobya suya əlavə edilir. Ardınca əvvəlcədən isladılmış əvəlik sıxılıraraq qazana tökülür. Əvəliyin sıxılmasında məqsəd bitkinin "acı su"yunun çıxarılmasıdır.

Qazanın qapağı örtülür, 10 dəqiqə müddətində əvəliyin bişməsi gözlənilir. Son olaraq qazana kəsilmiş əriştə əlavə edilir. Ağız dadına uyğun olaraq şorbaya düz tökülür və qazanın qapağı bağlanır. Vam odda 5 dəqiqə qaynadıqdan sonra yemək artıq bişmiş hesab edilir. "Əvəlikli-əriştəli isti" süfrəyə, əsasən, kasalarda verilir.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 088
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri