Dadlı ət şorbası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 10 725
Səs ver:
(səs: 1)
Tərkibi:
500 q mal və ya qoyun əti
500 q kartof
250 q badımcan ya da yunan qabağı (kabaçok)
250 q çerri pomidoru
200 q şirin bibər
200 q soğan
150 q yerkökü
1 x.q çəkilmiş qırmızı, acı bibər
Kəklikotu
Qara toxum istiot
Duz, istiot
Göyərti

Hazırlanması:
Əvvəlcə soğanı xırda doğrayırıq.
Sonra kök halqa şəklində   doğranılır.
Sonra əti tikələrə ayırın və saxsı qazana yığın.
İndi ətin üzərinə doğranmış soğan və kök əlavə edin.
Sonra soğanın üstünə 3-4 ədəd qara toxum istiot atın.
Üzərinə bir az soyuq su əlavə edin, amma suyu hələ çox tökməyin. Elə edin ki, ətin üzərinə çıxmasın. İndi ağzı örtülü halda isti sobada bişirin. 180 dərəcədə 30 dəqiqəyə bişməlidir.
Badımcan və ya qabaq kub şəklində doğranılır.
Pomidor ikiyə bölünərək doğranılır.
Sonra şirin bibər doğranılır.
Kartof da doğranılır.
Ət bişdikdən sonra doğranmış kartofu əlavə edin.
Sonra doğranmış badımcan və ya qabağı əlavə edin.
Sonra doğranmış bibəri əlavə edin.
İndi pomidoru əlavə edin, sonra qazana ədviyyatları və duzu əlavə edin. Bir az da isti su əlavə edin və yenidən isti sobada bişirin. 180 dərəcədə 50-60 dəqiqəyə bişməlidir. Sonda isə kəklikotunu əlavə edin və sobanı söndürün.  Süfrəyə verəndə üzərinə göyərti də səpə bilərsiniz.
Dadlı ət şorbamız hazırdır.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 10 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri