Sağlıqlı və ləzzətli süd şorbası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 951
Səs ver:
(səs: 0)
Tərkibi:
1 l süd,
100 q göbələk,
1yemək qaşığı un,
2 yemək qaşığı zeytun yağı,
1 çay qaşığı əzilməmiş istiot,
1 çay qaşığı duz,
200 ml su

Hazırlaması:
Qazanda 1 yemək qaşığı zeytun yağını qızdırın.
Ardından unu əlavə edib qovurun.
Unun iyi çəkiləndən sonra yavaşça südü və suyu əlavə edib, 8 – 10 dəqiqə qaynadın.
Süd qaynayana qədər göbələkləri yuyun. Yuyulmuş göbələklərin suyunu süzün.
Yuyulmuş göbələkləri kiçik –kiçik doğrayın.
Bir tavada 1 yemək qaşığı zeytun yağını qızdırın.
Qızdırmış olduğunuz yağın içinə doğradığınız göbələkləri əlavə edin.
Göbələkləri yağda 2 – 3 dəqiqə qovurun .Qovurduğunuz göbələkləri də qazana əlavə edin. Bir az qaynatdıqdan sonra istiot və duzunu da əlavə edin və 5 dəqiqə daha qaynadın.
İsti halda servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri