Küftə-bozbaş toyuq bulyonunda resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 389
Səs ver:
(səs: 0)
Tərkibi:
800 qr - 1 kq mal ətindən qiymə
1 ədəd yumurta
qurudulmuş və təzə alça
kartof
baş soğan
1 stəkan noxud
düyü
sarıkök
duz
istiot

Hazırlanması:
Saytımızda artıq küftə-bozbaş resepti ilə sizinlə paylaşmışıq. Bu resept isə adından bəlli olduğu kimi bir qədər tərkibi və hazırlanması ilə ondan fərqlənir.

1. İnqredientlər hazırlanır.
2. Toyuq bulyonu qaynadılır. Qaynayan bulyona qabığı təmizlənmiş bütöv kartoflar atılır.
3. Soğanın biri xırda doğranıb kartofla birgə bulyona əlavə edilir.
4. Soğanla kartof bişənə qədər qiymə ilə məşğul olmaq olar. Qiymə hazırlamaq üçün ətlə soğan ət-çəkən maşından keçirdilir, sonra ona digər inqredientlər qatılır. Duz, istiot vurulur. Bir qədər düyü və bir ədəd yumurta əlavə edilir.
5. Alınmış qiymədən, içinə 2-3 ədəd qurudulmuş alça qoymaqla iri küftələr hazırlanır.
6. Küftələrlə məşğul olduğumuz müddətdə kartoflar artıq hazır olmuşlar və bulyona ət kündələrini əlavə etmək olar. Əlavə 20 dəqiqə bişirəndən sonra bulyona noxud və təzə alçalar əlavə edilir. Noxudlar əvvəlcədən 1 gün islaqda saxlanmalı və bulyona əlavə eməzdən əvvəl bişirilməlidir.
7. Daha 10 dəqiqə bişdikdən sonra sarıkök əlavə edilir.
8. Təqribən 5-7 dəqiqədən sonra küftə-bozbaş hazır olur.
9. Süfrəyə verərkən üzərinə xırda doğranmış keşniş də səpmək olar.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 389
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri