Tərkibi:
3 xörək qaşığı un
2 xörək qaşığı kərə yağı
1 stəkan süd
1 ədəd yumurtanın sarısı,
Duz, istiot
Toyuq suyu üçün
2 toyuq budu və ya filesi
1 ədəd soğan
2 diş sarımsaq
Yarım yerkökü
Cəfəri
Hazırlanması:
Toyuq suyunu hazırlamaq üçün bütün ərzaqları qazana töküb bol suda 15 dəqiqə qaynadın. Sonra suyunu süzün. Hazırladığınız toyuq suyundan 4 stəkan götürüb başqa bir qazana tökün. Üzərinə kərə yağı və duz əlavə edib aşağı odda yenidən ocağa qoyun.
Bir kasada un, süd və yumurta sarısını yaxşıca qarışdırın. Unun üstünə isti toyuq suyundan 1-2 xörək qaşığı qatıb qarışdırın və soyumasını gözləyin. Unu toyuq suyuna əlavə edib yavaşca qarışdırın. 3-4 dəqiqə qaynadın. Boşqaba töküb, üstünü qırmızı istiotla bəzəyib servis edin.