Körpələr üçün tərəvəzli şorba resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 788
Səs ver:
(səs: 3)
Tərəvəzlərdən bir-birindən gözəl şorbalar hazırlaya bilərsiniz.

Körpəniz 6 aylıq olduqdan sonra ona ana südü ilə bərabər qatı qidalar da yedirə bilərsiniz. Şorba körpənizin yeni dövrdə yedizdirə biləcəyiniz ən faydalı qidalar sırasındadır.

Tərkibi:
1 xörək qaşığı yulaf əzməsi
1 xörək qaşığı buğda
1 balqabağın dörddə bir hissəsi
1 ədəd kök
1 parça brokoli
1 çay qaşığı zeytun yağı

Hazırlanması:
Buğdaları təmizləyin və bir gecə əvvəldən 1.5 stəkan suda isladın.
Ertəsi gün islatdığınız buğdanı suda qaynadın.
Buğdalar bişdikdən sonra yulaf əzməsini əlavə edin və 5 dəqiqə daha bişirin.
Əldə etdiyiniz qarışığı əzərək püre halına gətirin.
Tərəvəzləri qaynadın və əzdikdən sonra süzgəcdən keçirin.
Tərəvəzləri qarışığa əlavə edin və yağı da əlavə edib qarışdırın.
Çox bərk olarsa, isti su əlavə edərək aça bilərsiniz.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 5 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri