Ezogəlin şorbası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 925
Səs ver:
(səs: 1)
Tərkibi:
1 çay stəkanı qırmızı mərcimək 3 xörək qaşığı düyü
3 xörək qaşığı yarma
3 xörək qaşığı incə qısa vermişel
1 soğan
2 xörək qaşığı tomat
1 xörək qaşığı kərə yağı yarım çay qaşığı qırmızı pul bibər
2 çay qaşığı quru nanə
6-7 stəkan qaynanmış su 1 xörək qaşığı duru yağ duz

Hazırlanması:
İlk öncə düyü, yarma, mərciməyi yuyun və suyunun tam süzülməsi üçün bir kənara qoyun. Soğanı incə doğrayın, kərə yağını içinə bir az da duru yağ qataraq əridin. Soğanları içinə atın və diriliyi gedənə qədər qarışdırın.
Daha sonra üzərinə un əlavə edin. Bir az qarışdırın. Arxasınca içərisinə tomat və quru nanə, pul bibər qatın və qovurmağa davam edin. Bunun içinə yuyub süzdüyünüz düyünü, mərciməyi və yarmanı atın, bir-iki əl qarışdırın. Sonra şorbanın suyunu qoyun (Suyu gözəyarı qərarlaşdırın). Şorba qaynamağa başlayınca incə vermişeli əlavə edin. Bir az daha qaynadın və duzunu atıb ocağın altını qısaraq yavaş-yavaş 15 dəqiqə daha bişirin. Son olaraq duzunu atın və şorbanız servisə hazırdır.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 925
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri